Yuxarı
    Bağlamaq

    ​Azərbaycan nefti ucuzlaşıb

    Azeri LT CIF markalı xam neftin bir barelinin qiyməti 57 dollara düşüb

    Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1‚46 dollar yaxud 2‚50% enib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

    Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 57‚01 dollara bərabərdir.

    Ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 59‚56 dollar/barel, dünən isə bu rəqəm 58‚47 dollar/barel olub.

    Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi