​Azərbaycan nefti bahalaşıb

​Azərbaycan nefti bahalaşıb “Azeri LT CIF” markalı xam neftin qiyməti 63,25 dollar/barelə çatıb
Energetika
17 Aprel , 2015 10:17
​Azərbaycan nefti bahalaşıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,45 dollar yaxud 2,35% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,25 dollara bərabərdir.

Amma dünən Azərbaycan neftinin qiyməti 61,80 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi