​Azərbaycan nefti kəskin bahalaşıb

​Azərbaycan nefti kəskin bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 52,6 dollar/bareli ötüb
Energetika
4 Sentyabr , 2015 09:50
​Azərbaycan nefti kəskin bahalaşıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 3,06 dollar yaxud 6,18% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,64 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,54, dünən isə 49,58 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi