Azərbaycan nefti hesabına Kremençuq zavodunda emal həcmi artıb

Azərbaycan nefti hesabına Kremençuq zavodunda emal həcmi artıb Bu ilin ilk yarısında müəssisədə 1,12 mln. ton həcmində xam neft emal olunub
Energetika
15 Avqust , 2017 11:41
Azərbaycan nefti hesabına Kremençuq zavodunda emal həcmi artıb

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan neftinin sabit təchizatı nəticəsində bu ilin ilk yarısında Kremençuq Neft Emalı Zavodunda (NEZ, Ukrayna) emal həcmi artıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə zavodun operatoru “Ukrtatnafta” ASC-nn İdarə Heyətinin sədri vəzifəsini icra edən Aleksey Plakasov bildirib.

Onun sözlərinə görə, I yarımillikdə müəssisədə 1,12 mln. ton həcmində xam neft emal olunub ki, bu da ötən ilin analoji dövründən 43 min ton yaxud 4% artıqdır: “Emal həcminin artırılması “Azeri Light” markalı neftin stabil təchizatı hesabına təmin olunub”.

Şirkət rəsmisi qeyd edib ki, “Ukrtatnafta” bu ilin sonuna xam neft emalının həcmini 2,43 mln. tona çatdırmaq istəyir. Bu isə ötən ildən 237 min ton və ya 11% çoxdur.

Qeyd edək ki, bu il Kremençuq NEZ-ə 1,3 mln. ton həcmində Azərbaycan neftinin nəqli nəzərdə tutulur. “Ukrtatnafta” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq zavodunda emal üçün illik həmin həcmdə xam neft tədarükü ilə bağlı saziş imzalayıb. Bu çərçivədə “Ukrtransnafta” Odessa-Kremençuq neft kəmərini Azərbaycan nefti ilə doldurub. Zavoda ildə 1,3 mln. ton olmaqla 3 il müddətinə 4 mln. ton həcmində Azərbaycan nefti nəql olunacaq.

Azərbaycan neftinin Ukraynanın Kremençuq zavoduna tədarükü sayəsində “Ukrtatnafta” şirkəti neft emalını 41%-dən çox artırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi