Azərbaycan nefti daha 3% ucuzlaşıb

Azərbaycan nefti daha 3% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 46,58 dollar/barelə düşüb
Energetika
3 Noyabr , 2016 09:37
Azərbaycan nefti daha 3% ucuzlaşıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,56 dollar və yaxud 3,24% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,58 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi