​Azərbaycan nefti daha 2% bahalaşıb

​Azərbaycan nefti daha 2% bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,37 dollara bərabər olub
Energetika
9 İyun , 2016 09:31
​Azərbaycan nefti daha 2% bahalaşıb

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,89 dollar və yaxud 1,73% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,37 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi