​Azərbaycan nefti cüzi ucuzlaşıb

​Azərbaycan nefti cüzi ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 41,29 dollara bərabərdir
Energetika
1 Aprel , 2016 08:33
​Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,12 dollar yaxud 0,30% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 41,29 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi