Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 58,57 dollar/barelə bərabər olub
Energetika
25 Oktyabr , 2017 09:30
Azərbaycan nefti cüzi bahalaşıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,27 dollar və yaxud 0,46% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 58,57 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi