Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb Azərbaycanın dünya bazarına çıxararaq satdığı Azeri LT CIF markalı xam neftin qiyməti 0,23 dollar, yaxud 0,33% artıb.
Energetika
11 yanvar 2020 08:34
Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,23 dollar, yaxud 0,33% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,53 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İngilis versiyası Azerbaijani oil price rises

Son xəbərlər

Orphus sistemi