​Azərbaycan nefti bahalaşıb

​Azərbaycan nefti bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,75 dollara bərabərdir
Energetika
28 Sentyabr , 2015 10:05
​Azərbaycan nefti bahalaşıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,24 dollar yaxud 0,49% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,75 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi