Azərbaycan neftinin Ceyhan limanından ixracı 2% artıb

Azərbaycan neftinin Ceyhan limanından ixracı 2% artıb İndiyədək Ceyhan limanından 313,3 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb
Energetika
7 Oktyabr , 2016 10:59
Azərbaycan neftinin Ceyhan limanından ixracı 2% artıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində 2 037 633 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb ki, bu həcmin 942 882 tonunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. 

“Report” xəbər verir ki, ötən ilin sentyabrına nisbətən Ceyhan limanından dünya bazarına çıxarılan neftə nisbətən 751 547 ton yaxud 27% azalma qeydə alınıb. Eyni müqayisə ilə ARDNF-in payı da 985 196 ton və ya 51,10% (2,05 dəfə) azalıb.

Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 140 885 ton təşkil edib və bu, 2015-ci ilin ilk 9 ayı ilə müqayisədə 458 907 ton yaxud 2,12% çoxdur.

Ümumiyyətlə, BTC kəməri istismara verilən gündən 2016-cı il oktyabrın 1-dək Ceyhan limanından 313 334 657 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Son xəbərlər

Orphus sistemi