Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,1 dollara bərabər olub
Energetika
9 Noyabr , 2016 11:26
Azərbaycan nefti bahalaşıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,70 dollar və yaxud 1,53% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,095 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi