Yuxarı
    Bağlamaq

    ​Azərbaycan nefti bahalaşıb

    Hazırda Azeri LT CIF markalı neftin bir barelinin qiyməti 44,47 dollara yüksəlib

    Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,48 dollar yaxud 1,09% ucuzlaşıb.

    "Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,47 dollara bərabərdir.

    Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 46,23, dünən isə 43,99 dollar/barel olub.

    Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi