​Azərbaycan nefti bahalaşıb

​Azərbaycan nefti bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,7 dollara bərabərdir
Energetika
6 Avqust , 2015 10:38
​Azərbaycan nefti bahalaşıb

Bakı. 6 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,46 dollar yaxud 0,9% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,70 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 54,02, dünən isə 51,24 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi