Azərbaycan nefti 9% bahalaşıb

Azərbaycan nefti 9% bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 33,14 dollara bərabərdir
Energetika
15 Fevral , 2016 09:36
Azərbaycan nefti 9% bahalaşıb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,71 dollar yaxud 8,91% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 33,14 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi