Azərbaycan nefti 7% bahalaşıb

Azərbaycan nefti 7% bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 51,6 dollar/bareli keçib
Energetika
1 Dekabr , 2016 09:45
Azərbaycan nefti 7% bahalaşıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 3,34 dollar və yaxud 6,92% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,64 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi