Azərbaycan nefti 65 dollara qədər ucuzlaşıb

Azərbaycan nefti 65 dollara qədər ucuzlaşıb Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı Azeri LT CIF markalı xam neftin 1 barelinin qiyməti 1,41 dollar və yaxud 2,21% azalıb.
Energetika
10 Fevral , 2018 11:35
Azərbaycan nefti 65 dollara qədər ucuzlaşıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,41 dollar və yaxud 2,21% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 65,20 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi