​Azərbaycan nefti 50 dollarlıq psixoloji həddən aşağı düşüb

​Azərbaycan nefti 50 dollarlıq psixoloji həddən aşağı düşüb "Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,58 dollara bərabərdir
Energetika
3 Sentyabr , 2015 09:43
​Azərbaycan nefti 50 dollarlıq psixoloji həddən aşağı düşüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,63 dollar yaxud 3,18% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,58 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,54, dünən isə 51,21 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi