Azərbaycan nefti 50 dolları keçib

Azərbaycan nefti 50 dolları keçib "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,2 dollara çatıb
Energetika
4 Noyabr , 2015 09:52
Azərbaycan nefti 50 dolları keçib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,99 dollar yaxud 2,01% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,19 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi