​Azərbaycan nefti 50 dollara yaxınlaşıb

​Azərbaycan nefti 50 dollara yaxınlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,05 dollara bərabərdir
Energetika
18 Avqust , 2015 09:42
​Azərbaycan nefti 50 dollara yaxınlaşıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,26 dollar yaxud 0,52% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,05 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 50,31 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi