Yuxarı
    Bağlamaq

    ​Azərbaycan nefti ucuzlaşıb

    ​Azərbaycan neftinin qiyməti 50 dollarlıq psixoloji həddə yaxınlaşıb

    Bakı. 12 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,68 dollar yaxud 1,33% ucuzlaşıb.

    "Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,40 dollara bərabərdir.

    Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,32, dünən isə 51,08 dollar/barel olub.

    Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi