Azərbaycan nefti 5% ucuzlaşıb

Azərbaycan nefti 5% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,00 dollara bərabər olub
Energetika
9 Yanvar , 2016 11:55
Azərbaycan nefti 5% ucuzlaşıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,79 dollar yaxud 5% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,00 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi