​Azərbaycan nefti 4% ucuzlaşıb

​Azərbaycan nefti 4% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 48,3 dollar/barelə enib
Energetika
6 İyul , 2016 11:31
​Azərbaycan nefti 4% ucuzlaşıb

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,12 dollar və yaxud 4,21% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,30 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi