​Azərbaycan nefti 4% ucuzlaşıb

​Azərbaycan nefti 4% ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34 dollara düşüb
Energetika
3 Fevral , 2016 09:29
​Azərbaycan nefti 4% ucuzlaşıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,41 dollar yaxud 3,97% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,09 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi