​Azərbaycan nefti ucuzlaşıb

​Azərbaycan nefti ucuzlaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,29 dollara bərabərdir
Energetika
14 Noyabr , 2015 13:08
​Azərbaycan nefti ucuzlaşıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,88 dollar yaxud 1,95% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,29 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İngilis versiyası Azeri LT CIF price reduced

Son xəbərlər

Orphus sistemi