​Azərbaycan nefti 3% ucuzlaşıb

​Azərbaycan nefti 3% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 47,87 dollar/barelə enib
Energetika
17 İyun , 2016 09:24
​Azərbaycan nefti 3% ucuzlaşıb

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,65 dollar və yaxud 3,33% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 47,87 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.