Azərbaycan nefti 3% ucuzlaşıb

Azərbaycan nefti 3% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 44,78 dollar/barelə düşüb
Energetika
12 Noyabr , 2016 11:17
Azərbaycan nefti 3% ucuzlaşıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,38 dollar və yaxud 2,99% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,78 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi