​Azərbaycan nefti 3% ucuzlaşıb

​Azərbaycan nefti 3% ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,17 dollara enib
Energetika
13 Noyabr , 2015 09:46
​Azərbaycan nefti 3% ucuzlaşıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,54 dollar yaxud 3,30% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,17 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi