Yuxarı
    Bağlamaq

    ​Azərbaycan nefti 3% bahalaşıb

    Azərbaycan neftinin qiyməti 62 dollar/barelə çatıb

    Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,60 dollar yaxud 2,66% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

    Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 61,80 dollara bərabərdir.

    Amma dünən Azərbaycan neftinin qiyməti 60,20 dollar/barel olub.

    Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi