Azərbaycan nefti 2% ucuzlaşıb

Azərbaycan nefti 2% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 56,66 dollar/barelə düşüb
Energetika
14 Fevral , 2017 09:54
Azərbaycan nefti 2% ucuzlaşıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,33 dollar, yaxud 2,29% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,66 dollara bərabər olub. 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.