Azərbaycan nefti 2%-ə qədər ucuzlaşıb

Azərbaycan nefti 2%-ə qədər ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 53,08 dollar/barelə bərabər olub
Energetika
8 Avqust , 2017 09:31
Azərbaycan nefti 2%-ə qədər ucuzlaşıb

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,9 dollar və yaxud 1,67% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 53,08 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.