Azərbaycan nefti 2%-ə qədər bahalaşıb

Azərbaycan nefti 2%-ə qədər bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 56,4 dollar/barelə çatıb
Energetika
13 Yanvar , 2017 09:34
Azərbaycan nefti 2%-ə qədər bahalaşıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,01 dollar yaxud 1,82% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,39 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi