​Azərbaycan nefti 2 dollara qədər ucuzlaşıb

​Azərbaycan nefti 2 dollara qədər ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 33,54 dollara düşüb
Energetika
366
24 Fevral , 2016 09:33
​Azərbaycan nefti 2 dollara qədər ucuzlaşıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,88 dollar yaxud 5,31% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 33,54 dollara düşüb.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi