Azərbaycan nefti 2%-dək bahalaşıb

Azərbaycan nefti 2%-dək bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 43,6 dollar/barelə çatıb
Energetika
4 Avqust , 2016 10:32
Azərbaycan nefti 2%-dək bahalaşıb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,76 dollar və yaxud 1,77%  bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 43,58 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi