Azərbaycan nefti 2% bahalaşıb

Azərbaycan nefti 2% bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 66,61 dollar/barelə bərabər olub
Energetika
10 Mart , 2018 11:08
Azərbaycan nefti 2% bahalaşıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,33 dollar və yaxud 2,04% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,61 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi