​Azərbaycan nefti 2% bahalaşıb

​Azərbaycan nefti 2% bahalaşıb Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,66 dollara bərabərdir
Energetika
1 İyul , 2015 10:04
​Azərbaycan nefti 2% bahalaşıb

Bakı. 1 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,24 dollar yaxud 1,99% bahalaşıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,66 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 63,33 dollar/barel, dünən isə 62,42 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi