Azərbaycan nefti 1% ucuzlaşıb

Azərbaycan nefti 1% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 46,2 dollar/barelə düşüb
Energetika
26 İyul , 2016 09:41
Azərbaycan nefti 1% ucuzlaşıb

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,47 dollar və yaxud 1,01% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,20 dollara bərabər olub.

Qeyd edək ki, "Brent" markalı xam neftin qiyməti 44,72 dollar/barelə enib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi