Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı Azeri LT CIF markalı xam neftin 1 barelinin qiyməti 1,21 dollar və yaxud 1,75% artıb.
Energetika
10 Aprel , 2018 09:33
Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,21 dollar və yaxud 1,75% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 70,34 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi