Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb

Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,20 dollara bərabər olub
Energetika
7 Yanvar , 2017 11:49
Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,92 dollar yaxud 1,64% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,20 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi