Azərbaycan nefti 1 dollara qədər ucuzlaşıb

Azərbaycan nefti 1 dollara qədər ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 57,20 dollar/barelə düşüb
Energetika
7 Fevral , 2017 09:36
Azərbaycan nefti 1 dollara qədər ucuzlaşıb

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,88 dollar, yaxud 1,52% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,20 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.