​Azərbaycan nefti 1 dollara qədər bahalaşıb

​Azərbaycan nefti 1 dollara qədər bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,65 dollara bərabərdir
Energetika
19 Oktyabr , 2015 10:35
​Azərbaycan nefti 1 dollara qədər bahalaşıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,94 dollar yaxud 1,85% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,65 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi