Azərbaycan neft məhsullarının ixracını artırıb

Azərbaycan neft məhsullarının ixracını artırıb Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 59,345 min ton həcmində bitumlu süxurlardan alınmış neft və neft məhsulları, tərkibində neft və neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edib.
Energetika
19 Fevral , 2020 17:40
Azərbaycan neft məhsullarının ixracını artırıb

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 59,345 min ton həcmində bitumlu süxurlardan alınmış neft və neft məhsulları, tərkibində neft və neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 28,160 mln. ABŞ dollar təşkil edib.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,32% olub.

Ötən ilin yanvar ayında 2 710 mal kodu üzrə ixrac olunan 40,246 min ton (47% artım) miqdarında neft məhsullarının dəyəri 19,967 mln. ABŞ dolları (41% artım) təşkil edib.

Son xəbərlər

Orphus sistemi