Azərbaycan neft məhsullarının ixracını artırıb

Azərbaycan neft məhsullarının ixracını artırıb Bakı. 16 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 368,926 min ton həcmində neft məhsulları ixrac edib.
Energetika
16 May , 2018 11:09
Azərbaycan neft məhsullarının ixracını artırıb
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 368,926 min ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 181,785 mln.dollar təşkil edib.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,22% olub.

Bu ilin 4 ayında ixrac olunan neft məhsullarının miqdarı illik müqayisədə 20%, dəyəri isə 53% artıb.

Son xəbərlər

Orphus sistemi