Azərbaycan neft məhsullarının ixracını 29% artırıb

Azərbaycan neft məhsullarının ixracını 29% artırıb ​Xaricə satılan neft məhsullarının dəyəri isə 13% artıb
Energetika
19 Yanvar , 2015 10:54
Azərbaycan neft məhsullarının ixracını 29% artırıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycandan gömrük bəyannamələri əsasında 23,612 mln. ton xam neft ixrac edilib ki, bu da 2013-cü ildən 9% azdır. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən xam neftin ümumi dəyəri 18,405 mlrd. ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 9,1% azdır.

Hesabat dövründə ölkədən xaricə gömrük bəyannamələri üzrə 2,105 mln. ton neft məhsulları ixrac edilib, bu da öz növbəsində 2013-cü illə müqayisədə 29,1% çoxdur. Xaricə satılan neft məhsullarının ümumi dəyəri illik müqayisədə 13% artaraq 1,365 mlrd. dollara çatıb.

Qeyd edilən dövr ərzində ixrac olunan təbii qazın həcmi əvvəlki ilə nisbətən 39,9% azalaraq 1,826 mlrd. kubmetr olub. Bununla bərabər, satılan qazın dəyəri 56,6% azalaraq 304,684 mln. dollara düşüb.

Ötən il ərzində xaricə satılan elektrik enerjisində də azalma müşahidə edilib. Belə ki, 2013-cü illə müqayisədə Azərbaycan elektrik enerjisi ixracını 1,2% - 588,317 mln. kVt/saata qədər azaldıb. Satılan elektrik enerjisinin dəyəri isə 2014-cü ildə 25,8% artıb və 31,261 mln. dolları üstələyib.

Son xəbərlər

Orphus sistemi