Azərbaycan neft ixracını artırıb

Azərbaycan neft ixracını artırıb Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan 2018-ci il ərzində 29,498 mln. ton miqdarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
Energetika
733
17 Yanvar , 2019 12:41
Azərbaycan neft ixracını artırıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan 2018-ci il ərzində 29,498 mln. ton miqdarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının dəyəri 15,719 mlrd. ABŞ dollarından çox olub.

Ötən il xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracında payı 80,78% təşkil edib.

2018-ci ildə ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının miqdarı 2017-ci ildən 8%, dəyəri isə 47% çox olub.

Son xəbərlər

Orphus sistemi