Azərbaycan neft ixracını 12 %-ə yaxın azaldıb

Azərbaycan neft ixracını 12 %-ə yaxın azaldıb Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13,546 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Energetika
17 İyul , 2021 10:19
Azərbaycan neft ixracını 12 %-ə yaxın azaldıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13,546 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 5,744 milyard ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may ayları ərzində ixrac edilən xam neftin həcmi ötən ilin müvafiq dövründən 11,7 % az, dəyəri isə 7,6 % çoxdur.

Bu ilin 6 ayı ərzində Azərbaycanın ümumi ixracında xam neftin payı 65,2 % olub.

Son xəbərlər

Orphus sistemi