​Azərbaycan nefti bahalaşıb

​Azərbaycan nefti bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,67 dollara qalxıb
Energetika
22 Sentyabr , 2015 09:47
​Azərbaycan nefti bahalaşıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,55 dollar yaxud 1,11 % bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,67 dollara qalxıb.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi