​Azərbaycan Monteneqronun qazlaşdırılmasında iştirak edə bilər

​Azərbaycan Monteneqronun qazlaşdırılmasında iştirak edə bilər SOCAR Albaniya və Monteneqronun qazlaşdırılmasını vahid layihə kimi həyata keçirə bilər
Energetika
29 Oktyabr , 2015 12:41
​Azərbaycan Monteneqronun qazlaşdırılmasında iştirak edə bilər

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti(SOCAR) Albaniya ilə yanaşı Monteneqronun da qazlaşdırılması layihəsində iştirak edə bilər. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev qeyd edib ki, iki dövlətin qazlaşdırılması layihəsi böyüdülərək birlikdə həyata keçirilə bilər.

"Bu daha gəlirli olar. Bu işlərə baxılır. Trans-Adriatik Boru Kəməri (TAP) istifadəyə verildikdən sonra Albaniyaya qaz nəql olunacaq. Bundan sonra qazın paylaşdırılmasına başlanılacaq", - deyə SOCAR rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi