Yuxarı
    Bağlamaq

    “Azərbaycan Milli Neft Komitəsi”nə yeni sədr seçilib

    Dinlə
    Yeni sədr energetika naziri Pərviz Şahbazov olub
    © Report/ Firi Salim — Energetika naziri Pərviz Şahbazov

    Bakı. 7 iyun. REPORT.AZ/ SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin sədrliyi ilə “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyinin növbəti iclası keçirilib.

    İctimai Birlikdən “Report”a verilən məlumata görə, iclasda “Azərbaycan Milli Neft Komitəsi”nin yeni sədri, İdarə heyətinin 19 nəfərdən ibarət tərkibi seçilib.

    “Azərbaycan Milli Neft Komitəsi”nin yeni sədri energetika naziri Pərviz Şahbazov seçilib.

    “Azərbaycan Milli Neft Komitəsi” 2005-ci ildə təsis edilib və həmin il Yohanezburqda keçirilən Konqresdə Dünya Neft Şurasına (WPC) üzv seçilib. Hər üç ildən bir keçirilən Dünya Neft Konqresinin əsas təşkilatçısı 1933-cü ildə yaradılmış Dünya Neft Şurasıdır. Konqres neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Altmış beş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir. Hazırda Dünya Neft Şurasının İcraiyyə Komitəsinin prezidenti Norveçli Tor Fjaerandır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi