Azərbaycan metanol ixracından gəlirini iyulda 3 dəfə artırıb

Azərbaycan metanol ixracından gəlirini iyulda 3 dəfə artırıb Bu ilin iyul ayında Azərbaycan 11,3 milyon ABŞ dolları dəyərində metanol ixrac edib.
Energetika
31 Avqust , 2021 15:48
Azərbaycan metanol ixracından gəlirini iyulda 3 dəfə artırıb

Bu ilin iyul ayında Azərbaycan 11,3 milyon ABŞ dolları dəyərində metanol ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,9 dəfə çoxdur.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi